Sülh müqaviləsi BU TARİXDƏ imzalana bilər – Deputatdan ANONS

Ermənistanın yeni konstitusiyasının mətni noyabr ayında ictimaiyyətə təqdim olunacaq. Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib.


"Yaxın vaxtlarda, növbəti ay ərzində. Fövqəladə bir şey baş verməzsə, gələn ay (konstitusiyanın) mətninin dərc olunması planlaşdırılır", - deyə Qalyan yeni ana qanunun nə vaxt açıqlanacağı ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Bəs Azərbaycanın gözləntisi nədir?

Hikmət Babaoğlu: Yeni kadr təyinatları milli inkişafımızın prioritetlərinin  realizə olunmasına hesablanıb - AZƏRTAC

Referans Media xəbər verir ki,deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, son 10 gün ərzində Ermənistanla Azərbaycan arasında sülh sənədinin imzalanma tarixi ilə bağlı baş nazirdən, parlamentin spikerindən və xarici işlər nazirindən üç fərqli vaxt eşitmişik: “Bu fərqli vaxtlar 2031-ci ildən 2027-ci ilə qədər olan aralıqda müəyyənləşdirilib. Yəni eyni siyasi komandadan bu qədər fərqli fikirlərin səslənməsi Ermənistanın ədliyyə nazirinin açıqlamasını da bir qədər şübhə altına alır. Doğrudur, Qalyan konkret müddətdən danışır, konkret ay göstərir, ancaq yenə də “fövqəladə bir şey baş verməzsə” qeydini edərək vaxtla bağlı yenə də şübhə yaradır. Ona görə də düşünürəm ki, biz açıqlamalardan daha çox Ermənistanın hakimiyyətinin atdığı addımlara diqqət yetirməliyik. Mənə elə gəlir ki, əgər noyabr ayında yeni konstitusiya layihəsinin mətni ictimaiyyətə təqdim olunarsa bu, üç ay müzakirə olunmalıdır, təkliflər qəbul edilməlidir və sonra yeni mətn təqdim edilməlidir”.

Deputat bildirib ki, 2027-ci ilin birinci kvartalına qədər bu məsələ yekunlaşa bilər: “Bundan sonra referendumun vaxtını təyin etmək mümkündür. Yəni əslində 2027-ci ildə yeni Konstitusiyanın qəbul olunması ilə bağlı referendumu keçirib hətta sülh müqaviləsini də imzalamaq olar. Ancaq bu, daha çox Ermənistan hakimiyyətinin qətiyyətindən asılı olacaq. Addımlar söylənilən vaxtda atılarsa məncə elə optimal tarix də 2027-ci ilin avqust ayının 8-i sülh müqaviləsinin imzalanması tarixi olar”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki