“Evlənmək istəyirik, amma vaxt yoxdur" - Tanınmış aktrisa

Türkiyəli aktrisa Hazal Subaşı uzun müddətdir münasibətdə olduğu Oğuzhan Koçla evlilik planlarından danışıb. Aktrisa iş qrafiklərinin sıx olması səbəbindən toy tarixi ilə bağlı hələlik konkret qərar vermədiklərini bildirib.

Referans Media xəbər verir ki, 2024-cü ildən bəri münasibətdə olan Hazal Subaşı şəxsi həyatı ilə bağlı açıqlamalarını “Savaş’ların Mutfağı” proqramında qonaq olarkən səsləndirib.

Evliliyin nə vaxt baş tutacağı ilə bağlı suala cavab verən aktrisa bildirib ki, hazırda hər ikisi işlərinin çoxluğu səbəbindən toy hazırlıqlarına vaxt ayırmaqda çətinlik çəkir.

“Evlənmək üçün bir qədər həddindən artıq məşğuluq. Axı bunun üçün uyğun vaxt müəyyənləşdirmək vacibdir. Nəticə etibarilə, bu da bir təşkilatçılıq işidir və çoxlu hazırlıq tələb edir”, - Subaşı qeyd edib.

Aktrisa gələn il evlənə biləcəklərini də istisna etməyib:

“Bunun nə vaxt və necə olacağını hələ dəqiqləşdirə bilməmişik. Çünki o da çox işləyir, mən də. Çəkilişlər başlayanda işlərim xüsusilə intensivləşir. Baxarıq, bəlkə gələn il”./Sfera.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki