Pensiya ilə bağlı əhaliyə TƏCİLİ XƏBƏR VERİLDİ: Yanvarın 1-dən...

“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklə məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə yönəldilən payının 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur. Dəyişikliyin pensiya sisteminə və sosial ödənişlərə təsiri müzakirə olunur.

Referans Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, pensiya sistemində nəzərdə tutulan dəyişikliklərdən biri fərdi pensiya hesabında pensiya kapitalının toplanması ilə bağlıdır.

Onun sözlərinə görə, hazırda mövcud qaydalara əsasən, yığılan pensiya kapitalının 90 faizi fərdi hesabda toplanır. Yeni qaydalar təsdiqləndikdən sonra isə bu göstəricinin 85 faizə endirilməsi nəzərdə tutulur.

Deputat qeyd edib ki, məsələ Milli Məclisin müvafiq komitəsinin genişləndirilmiş iclasında müzakirə olunarkən profil dövlət qurumunun bu dəyişikliyə dair mövqeyinin təqdim edilməsini istəyib. Onun fikrincə, fərdi hesabda toplanan vəsaitin payının dəyişdirilməsinin iqtisadi baxımdan əsaslandırılması vacibdir.

Vüqar Bayramovun sözlərinə görə, müvafiq dövlət qurumunun mövqeyi ondan ibarət olub ki, əldə edilən qənaət hesabına sosial müavinətlərin artırılması mümkün olacaq. Beləliklə, bir istiqamətdə vəsaitə qənaət etməklə digər istiqamətdə sosial ödənişlərin artırılması nəzərdə tutulur.

Deputat əlavə edib ki, dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığının gücləndirilməsi baxımından da əsaslandırılıb.

Onun sözlərinə görə, məsələ Milli Məclisin müvafiq komitəsinin genişləndirilmiş iclasında müzakirə olunub və dövlət qurumu bununla bağlı rəyini bildirib. Təqdim edilən mövqeyə əsasən, dəyişiklik sosial müavinətlərin daha çox artırılmasına və eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığının daha da gücləndirilməsinə gətirib çıxara bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki