Peruda 5,9 bal gücündə zəlzələ olub

Cənubi Amerika ölkəsi Peru ərazisində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, zəlzələnin episentri Pampa de Tate şəhərindən 25 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların 62 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.

Rəsmilər hadisə nəticəsində can və mal itkisi olmadığını bildiriblər.

Peru Geofizika İnstitutunun rəhbəri deyib ki, zəlzələ Sakit okean sahillərindəki mərkəzi bölgələrdə, And dağlarında və ölkənin cənubundakı Arekipa bölgəsinə qədər geniş ərazidə hiss olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki