“Qalatasaray”ın keçmiş qolçusu geri qayıdır: Moratanın yeni ünvanı bəlli olur

Karyerasını İtaliyanın “Komo” klubunda davam etdirən, vaxtilə “Qalatasaray”ın da formasını geyinmiş məşhur hücumçu Alvaro Morata yenidən İspaniyaya qayıtmağa hazırlaşır.

Referans Media xəbər verir ki, futbolçunun meneceri ilə "Xetafe" arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Hazırda transferin reallaşması üçün klublar arasında yekun razılığın əldə olunması gözlənilir.

Transfer baş tutacağı təqdirdə, Morata iki ildən sonra yenidən doğma ölkəsinin çempionatında çıxış edəcək. Təcrübəli forvard 2024/25 mövsümündən əvvəl "Atletiko Madrid" klubundan "Milan"a transfer olmuşdu.

Qeyd edək ki, Morata peşəkar futbol karyerasının ilk illərində məhz "Xetafe"nin akademiyasında yetişib. Daha sonra o, "Real Madrid"ə transfer olaraq böyük futbola qədəm qoyub.

İndi isə təcrübəli hücumçunun karyerasında yeni səhifənin açılıb-açılmayacağı futbol ictimaiyyətinin diqqət mərkəzindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki