image-yusif-nebackend

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

“Səbail” Birinci liqanın 15-ci turunda keçirilən MOİK – “Səbail” görüşündə baş məşqçi etiraz edərək meydandan çıxmayan kapitanı Yusif Nəbiyevlə yollarını ayırıb.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, MOİK-lə keçirilən qarşılaşmada baş məşqçi Adil Şükürov 60-cı dəqiqədə Nəbiyevi əvəzləmək istəmişdi.

O, isə çalışdırıcıya etiraz edərək meydandan çıxmamışdı. Tərəflər arasında gərginliyin matçdan sonra da davam etdiyi bildirilirdi. Yusif Nəbiyev 2023-cü ildən “Səbail”də çıxış edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki