Qar yağdı, yollar bu bağladı: Bölgələrdə vəziyyət – VİDEO

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradır.

Referans Media Oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarından etibarən aramsız yağan qar yolların buz bağlamasına səbəb olub.

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, İsmayıllıda, Laçının Sus kəndi ərazisində, Lerikin Şingədulan kəndində yollar buz bağlayıb.

Həmin ərazilərdə hərəkətdə olan nəqliyyat vasitələri ciddi çətinliklərlə üzləşirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki