Referans xəbər verir ki, Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə cəlb edib.
Braziliyalı yarımmüdafiəçi Portuqaliyanın “Alverka” klubundan “Qarabağ”a keçib. 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Pedro “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.
