“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ: rəqibi son saniyələrdə “yıxdı” – 3:2 VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.

Referans Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Duran 79-cu dəqiqədə matçda yenidən tarazlıq yaratdı: 2-2.

Matçın 78-ci dəqiqəsində “Ayntraxt” penalti zərbəsi ilə hesabda önə keçdi: 1-2.

“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında ikinci hissə start götürüb. 

“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında birinci hissə başa çatıb. 

Can Uzun görüşün 10-cu dəqiqəsində hesabda tarazlıq yaratdı: 1-1.

Matçın 4-cü dəqiqəsində “Qarabağ” Duranın qolu ilə hesabı açdı: 1-0.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçəvəsində keçirilən “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunu start götürüb.

Referans Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan matçı isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki