Qazaxda 63 yaşlı kişi Kür çayında batdı

Qazax sakini Kür çayında batıb.

Referans Media  APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Birinci Şıxlı kənd sakini 1963-cü il təvəllüdlü Y. Məmmədov kür çayında batıb.


Dərhal hadisə yerinə FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axarış qrupunun xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir və əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki