Ukrayna ordusu Rusiyanın Kursk vilayətində yenidən irəliləyib.
Referans Media xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu çıxış edib.
Bildirilib ki, əməliyyat nəticəsində Ukrayna ordusu vilayətin Qluşovka rayonunun Novıy Put kəndini ələ keçirib.
Hələ ki məsələ ilə bağlı Rusiya və Ukrayna tərəfi açıqlama verməyib./Modern.az/
