"Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi

İtaliya A Seriyasının XII turunda "Yuventus" "Venesiya" ilə qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb.

Referans Media  xəbər verir ki, Turin təmsilçisi "Allianz" stadionunda keçirilən matçda rəqibini 4:0 hesabı ilə üstələyib.

Oyunun ilk 45 dəqiqəsində tərəflər fərqlənə bilməyiblər. Lakin ikinci hissədə meydan sahibləri hücumlarını gücləndirərək qısa müddətdə dörd qol vurublar.

Hesabı 53-cü dəqiqədə Nik Voltemade açıb. Ardınca 59-cu dəqiqədə Teun Kopmeyners, 65-ci dəqiqədə isə Xuan Kabral fərqlənib. Görüşün 71-ci dəqiqəsində Randal Kolo Muani penaltini dəqiq yerinə yetirərək hesabı 4:0-a çatdırıb.

Qazanılan üç xal sayəsində "Yuventus" turnir cədvəlində altıncı yerə yüksəlib. Komandanın aktivində 21 xal var.

"Venesiya" isə altı xalla 19-cu pillədə qərarlaşıb./BAKU.WS/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki