Qazaxlar Xəzər sahilində atom elektrik stansiyası tikmək istəyirlər

  Qazaxıstanın qərbindəki Xəzər dənizi sahili atom elektrik stansiyası üçün mümkün yer kimi nəzərdən keçirilir.

 Referans.az   xəbər  verir    ki, respublikanın Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyev jurnalistlərə bildirib.

“Xəzər sahilində yerləşən Qərbi Qazaxıstan həqiqətən də kiçik və ya orta ölçülü reaktorlara malik atom elektrik stansiyası üçün potensial sahə kimi nəzərdən keçirilir. Atom elektrik stansiyasının tikintisinin mümkünlüyünü müəyyən etmək üçün yaxın vaxtlarda müvafiq araşdırmalar aparılacaq”, – o, parlamentin (aşağı palatanın) iclasının yekunlarına dair brifinqdə deyib.

Satkəliyev vurğulayıb ki, tədqiqatlar ərazinin bütün təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini əhatə edəcək. O xatırladıb ki, əvvəllər Qazaxıstanın qərbində nüvə obyekti fəaliyyət göstərirdi – dünyada ilk eksperimental sürətli neytron reaktoru BN-350 1973-cü ildə Şevçenko şəhərində (indiki Aktau) işə salınıb. 1999-cu ildə onun istismardan çıxarılması barədə qərar qəbul edildi./Oxu24.com   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki