Qərarsızlığı ilə hər kəsi bezdirən 4 bürc

Bəzi insanlar ən sadə seçim qarşısında belə uzun müddət qərar verə bilmir. Astrologiyada isə bəzi bürclərin qərarsızlığa daha meyilli olduğu qeyd edilir.

Ekizlər iki seçim arasında qalaraq qərar verməyi son ana qədər təxirə sala bilər. Hər iki variantın cəlbedici görünməsi onun seçim etməsini çətinləşdirir.

Qız hər şeyi həddindən artıq analiz edir. Ən sadə qərarı belə bütün mümkün ehtimalları nəzərdən keçirərək çətinləşdirə bilər.

Tərəzi qərar verərkən qarşı tərəfin fikrini də nəzərə alır. Başqalarını incitməmək və razı salmaq istəyi bəzən öz seçimini müəyyənləşdirməsinə mane olur.

Balıqlar isə tez-tez fikir dəyişməsi ilə seçilir. Yeni bir fikir və ya emosional təsir əvvəlki qərarından vaz keçməsinə səbəb ola bilər.

Qeyd olunur ki, bu xüsusiyyətlərin müsbət tərəfləri də var. İkizlərin fərqli seçimləri nəzərdən keçirməsi, Qızın detallara diqqəti, Tərəzinin balans yaratması və Balıqların çevikliyi müəyyən vəziyyətlərdə üstünlük hesab edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki