Paytaxtın bir sıra ərazilərində aparılan təmir işləri ilə əlaqədar yolların bağlanması, eləcə də metroda aparılan yenilənmə işləri nəqliyyatın hərəkətinə ciddi təsir edib.
Referans MEDİA Bakupost-a istinadən xəbər verir ki, avtobusların hərəkətində gecikmələr yaranıb, dayanacaqlarda isə sərnişin sıxlığı artıb.
Xüsusilə “Şamaxinka”da yaranmış xaos diqqət çəkib. Belə ki, redaksiyamıza daxil olan görüntülərdə ərazidə insan seli müşahidə olunur. Dayanacaqlarda yaranan sıxlıq səbəbindən sərnişinlərin əksəri yolun hərəkət hissəsinə çıxıb.
Həmin görüntülüəri təqdim edirik:
