Qətərdə zavodda partlayış: 54 nəfər xəsarət aldı

Qətərin Ras-Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.

Referans Media  xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, – deyə məlumatda bildirilir.

Qətərin Ras Laffan şəhərində yerləşən zavodlardan birində partlayış baş verib.

Referans Media  oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Qətərin əsas mayeləşdirilmiş təbii qaz emalı müəssisələrinin yerləşdiyi Ras Laffan sənaye zonasında qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki