image-qarayev5backend

Qurbanov Qarayevin yeni təyinatından danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçmiş futbolçusu Qara Qarayevin Azərbaycanın U-21 millisinin məşqçi vəzifəsinə təyinatına münasibət bildirib.

Referans Media  Qol.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, 33 yaşlı Qaranın məşqçi kimi faydalı olacağına inanır:

“Qara Qarayev U-21 millimizə ancaq faydalı ola bilər. Başqa cür düşünməyə heç ehtiyac da yoxdur. Çünki məşqçiliyə tez başlaması gələcəkdə onun özünə, karyerasına daha faydalı ola bilər”.

Qeyd edək ki, Q.Qarayev özü hələlik karyerasını başa vurduğunu açıqlamayıb.

Xatırladaq ki, Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq futbolçusu U-21 millimizdə analitik vəzifəsinə təyin olunub. Onun son klubu bir neçə gün əvvəl ayrıldığı “Araz-Naxçıvan” olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki