Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik açıqlayıb.
Onun sözlərinə görə, BMT İranda baş verənləri yaxından izləyir və itkilərdən ciddi narahatdır.
“Ölkədə informasiya əldə etmə imkanlarının təmin olunması, o cümlədən rabitə bağlantılarının bərpası vacibdir”, – sözçü bildirib.
Düjarrik vurğulayıb ki, təşkilat İran vətəndaşlarının hüquqlarının qorunmasına yönəlmiş addımların atılmasını tələb edir.//publika.az























