image-curtuaaabackend

“Real” Kurtua ilə bağlı qərar verdi: Yaşı 30-dan yuxarı olsa da…

“Real” qapıçısı Tibo Kurtua ilə yaxın vaxtlarda yeni müqavilə imzalayacaq.

Bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, belçikalı futbolçunun yeni sözləşməsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq. Rəhbərlik 32 yaşlı qapıçı ilə bağlı klubun 30 yaşdan yuxarı futbolçularla müqaviləni bir mövsümlük uzatma qaydasını istisna edəcək.

Kurtua 2018-ci ilin avqust ayından “Real”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb və 14 oyunda qapısını “toxunulmaz” saxlayıb. Onun Madrid klubu il’ müqaviləsi 2026-cı ilin yayında başa çatır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki