Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo oynadığı klubun ortaq sahibi ola bilər.
Referans Media xarici mediaya istinadla xəbər verir ki, 41 yaşlı futbolçu və digər dörd investor alış təklifi hazırlayır. Hər tərəf ən azı 92 milyon avro investisiya qoymağı planlaşdırır.
Ronaldo 2022-ci ilin dekabr ayından “Əl-Nəsr”də oynayır. Bu müddət ərzində o, karyerasında 979 qol vurub. O, həmçinin ən çox beynəlxalq qol vurma rekorduna sahibdir. 41 yaşlı portuqaliyalı 2003-cü ildə debüt etdiyi vaxtdan bəri 233 matçda 146 qol vurub.
Fevral ayında Ronaldo klub rəhbərliyindən narazılığına görə “Əl-Nəsr”in oyunlarını boykot edib. Oyunçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən klubun idarəçiliyindən narazı idi. Medianın məlumatına görə, Ronaldo fondun komandasına nəzarət etdiyi digər klublara, xüsusən də "Əl-Hilala" nisbətən daha az diqqət və resurs ayırdığına inanırdı. Daha sonra o, komandaya qayıdıb./Musavat.com
