“Kızılcık şerbeti” serialının prodüseri Faruk Turqut son günlər yayılan iddialara cavab verib.
Turqut açıqlamasında “Bəzi sosial media platformalarında serialımızın bitdiyi barədə xəbərlər davamlı olaraq gündəmə gətirilir. Bu xəbərlər doğru deyil. 5-ci mövsümün çəkilişləri avqustun 25-də başlayır. Sentyabrın 18-də ekranlarda olacağıq. Görüşənədək” deyə bildirib.
Beləliklə, prodüser serialın final edəcəyi ilə bağlı iddiaları təkzib edib. (Olay)

