Hollivud ulduzu Ceki Çanın Bakıda çəkilişləri davam edir.
Aktyorun ötən gün paytaxt restoranlarından birinə yemək üçün getdiyi anlar lentə alınıb. Görüntülərdə Ceki Çanın restorana gəldiyi görünür.
Daha sonra aktyorun Heydər Əliyev Mərkəzinin üstündə çəkiliş zamanı görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. (Axşam.az)
