Rusiya mineral gübrə istehsalında istifadə olunan kükürdün ixracına qoyulan qadağanı uzadıb.
Hökumətin açıqlamasına görə, daxili bazarda gübrə istehsalının qorunması məqsədilə bu qadağa 30 iyun 2026-cı ilədək qüvvədə qalacaq. Qərarın əsas məqsədi daxili bazara xammal tədarükünü sabitləşdirmək və ərzaq təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Rusiya kükürd ixracına qadağanı 1 noyabr 2025-ci ildən tətbiq edib. Bundan əlavə, ammonium nitrat gübrəsinin ixracı da müvəqqəti olaraq dayandırılıb.
