Rusiya rəsmisi: Serbiya Kosovonun müstəqilliyini tanısa, milli kimliyini itirə bilər

Konstantin Kosaçovun sözlərinə görə, Serbiyada suverenlik məsələsinə münasibət birmənalı deyil.

Referans Media xəbər verir ki, Serbiya Avropa İttifaqının (Aİ) bütün tələblərini, o cümlədən Kosovonun müstəqilliyini tanımaq tələbini qəbul edərsə, milli kimliyini itirə bilər. Bunu Rusiyanın Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov bildirib.

Kosaçov qeyd edib ki, Serbiyada NATO-ya münasibət Avropa İttifaqına münasibətlə müqayisədə daha mənfidir. Bununla belə, bir çox serb vətəndaşı üçün Aİ-yə üzvlük cəlbedici perspektiv hesab olunur. O, bunu vizasız səyahət imkanları və maliyyə dəstəyi ilə əlaqələndirib.

“Bütün bunlar bir çox serb üçün həqiqətən cəlbedicidir. Lakin hesab edirəm ki, Serbiya güzəştlər yolunu seçər və Avropa İttifaqının tələblərini qəbul edərsə, sadəcə olaraq öz kimliyini itirəcək. Xatırladım ki, həmin tələblər arasında Kosovonun müstəqilliyinin tanınması da var”, – deyə Kosaçov TASS-a müsahibəsində bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki