Məktəblər yeni QƏRARA HAZIRLAŞIR: Tamamilə ləğv ediləcək

Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı təhsil sahəsində də yeni imkanlar yaradır. Şagirdlərin dərs prosesində elektron resurslardan istifadə etməsi həm tədris materiallarına əlçatanlıq, həm də ekoloji baxımdan əhəmiyyət daşıyır. Bununla belə, dərslərdə texnoloji vasitələrdən istifadənin şagirdlərin diqqətinə və sağlamlığına mümkün təsirləri də nəzərə alınmalıdır.

Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, nəzarət və tədris prosesində şagirdlərin kağız materiallardan istifadə etməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, texnoloji vasitələrdən həddindən artıq istifadə şagirdləri dərs prosesindən uzaqlaşdıra bilər.

Ekspert qeyd edib ki, elektron resurslardan istifadənin təmin olunması da vacibdir. Onun fikrincə, bu istiqamətdə dövlət tərəfindən müəyyən tədbirlər görülməli, qlobal ekoloji problemlər də nəzərə alınmalıdır. Çünki kağız materialların istehsalı əsasən ağaclarla bağlıdır və ağacların kəsilməsi ekoloji tarazlığa təsir göstərir.

Elçin Əfəndi vurğulayıb ki, elektron dərsliklərin hazırlanması və məktəb jurnallarının elektron formada aparılması bu istiqamətdə atılan addımlardandır.

Ekspertin sözlərinə görə, gələcəkdə şagirdlər dərsləri planşet və digər texnoloji vasitələrlə izləyərək öyrənə bilərlər. Lakin bunun üçün onların texnologiyadan düzgün istifadə etməsi və bu vasitələrdən asılılığın aradan qaldırılması vacibdir.

O əlavə edib ki, elektron resurslardan istifadənin genişləndirilməsi zamanı sağlamlıqla bağlı risklər də nəzərə alınmalıdır. Uzun müddət ekran qarşısında qalmaq gözlərə mənfi təsir göstərə və bədənin hərəkətsiz qalmasına səbəb ola bilər. Bununla belə, ekspert hesab edir ki, müvafiq tədbirlər görməklə bu problemlərin həlli istiqamətində addımlar atmaq mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki