Tacikistan Daxili İşlər Nazirliyi falçılar və sehrbazlar ilə bağlı xüsusi məlumat bazası formalaşdırmağa başlayıb.
Referans Media xəbər verir ki, siyahıya “yalançı mollalar”, pozğun işçilərin müştəriləri və onların qohumları da daxil edilir.
Bildirilir ki, sözügedən kateqoriyadan olan şəxslər nəzarətdə saxlanılacaq. Vətəndaşlara isə belə şəxslərlə əlaqə saxlamaqdan çəkinmək tövsiyə olunur.
Qeyd olunub ki, bu ölkədə aparılan yeni qanunvericilik təklifinin bir hissəsidir./Globalinfo.az
