Rusiya: Ukraynanın Odessa və İzmail limanlarını vurduq

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun istifadə etdiyi Odessa və İzmail limanlarına zərbələr endirdiyini açıqlayıb.

Referans Medianın məlumata görə, Odessa limanında patrul qayığı və yanacaq anbarları, İzmail limanında isə hərbi yük daşıyan gəmilərin boşaldıldığı terminal, Qərb silahlarının yerləşdirildiyi anbarlar və pilotsuz dəniz aparatlarının saxlanıldığı məntəqələr hədəfə alınıb.

Bundan başqa, Odessadakı Nova Poçta logistika mərkəzi və Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatlarının anbarına da zərbələr endirildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki