Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının yüzlərlə əməkdaşının iştirakı ilə genişmiqyaslı miqrasiya reydi keçirilib. Əməliyyat məhz cümə namazı vaxtına təsadüf edib.
Referans Media xəbər verir ki, oktyabrın 16-da baş tutan yoxlamalar şəhərin “Sennoy” bazarı ərazisində, təxminən min nəfərin ibadət etdiyi məkanın ətrafında həyata keçirilib.
Reydlər yalnız cümə namazının iştirakçılarını deyil, həmçinin ərazidə yerləşən hostelləri və kafeləri də əhatə edib.
Güc strukturlarındakı mənbənin məlumatına görə, miqrasiya sənədlərində qayda pozuntuları aşkar edilən onlarla xarici vətəndaş saxlanılıb.
Əməliyyat zamanı diqqətçəkən digər bir məqam isə son dövrlərdə Rusiya vətəndaşlığı almış şəxslərlə bağlı olub. Belə ki, onlarla yeni vətəndaşa hərbi qeydiyyata durmaları üçün rəsmi çağırış vərəqələri təqdim edilib.
