İlk övladını dünyaya gətirməyə hazırlaşan türkiyəli aktrisa Gökçe Bahadır hamiləlik prosesi ilə bağlı açıqlama verib.
Musiqiçi Emir Ersoy ilə ailəli olan 44 yaşlı aktrisa İstanbulun Etilər bölgəsində məkanlardan birinin çıxışında jurnalistlərin suallarını cavablandırıb.
Bahadır hamiləliyinin rahat keçdiyini, bu müddətdə xüsusi çətinlik yaşamadığını və qida istəklərinin artması ilə müşayiət olunan aşermə halının olmadığını bildirib.
“Düzünü desəm, hamiləlik prosesi o qədər də çətin keçmədi”, - deyə aktrisa qeyd edib.
İlk övladlarını qarşılamağa hazırlaşan cütlüyün artıq körpə üçün hazırlıqlara başladığı da məlum olub. Aktrisa bu dövrdə diqqətinin və prioritetlərinin dəyişdiyini, iş tempini bir qədər azaltdığını söyləyib.
İşlərinə qısa müddətlik fasilə verdiyini bildirən Gökçe Bahadır kiçik layihələr üzərində çalışmağa davam etdiyini vurğulayıb. Peşəsini çox sevdiyini deyən aktrisa bu fasilənin uzunmüddətli olmadığını və gələcəkdə fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Gökçe Bahadır və Emir Ersoy 2022-ci ildə ailə qurublar. Cütlük ilk dəfə valideyn olmağa hazırlaşır./Musavat.com
