AFFA həkimi olmayan klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclasında Azərbaycan 2-ci liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Referans Media  xəbər verir ki, “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70, 7 nömrəli futbolçu Hüseyn Alıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 50, “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70, “Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 250, “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Bundan başqa, “Şəmkir” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 200, “Hypers” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun klub 50, komandanın azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə ödəməli olacaq. 

“Kür-Araz”, “Ağdaş” klubları da cərimələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki