Məşhur astroloq Dinçer Güner 12 bürc üçün sevindirici xəbəri belə çatdırıb: 10 yanvar saat 18:48-dək Mars Günəşin qəlbində olacaq.
Referans Media xəbər verir ki , “Bu gün atılan toxumlar palıd ağacı kimi kök salacaq və qalıcı olacaq” – deyən Güner bu xüsusi zamanın gücünü belə izah edib:
Planet Günəşlə cəmi 17 dəqiqəlik məsafədə qalanda bu vəziyyət “Günəşin qəlbində olmaq” adlanır. Sanki kral öz taxtını qısa müddətə kiməsə həvalə edir və bütün səlahiyyətləri ona verir.
Mars Oğlaq bürcünü çox sevir. Bu mövqedə enerjisi boşa getmir. Yorulmaq nədir bilmir, yalnız nəticəyə fokuslanır. Bu an tarixən “Qələbə möhürü” adlanıb. Bu anı tutan insanın ən çətin maneələri belə aşacağına inanardılar.
Bəs bu günün gücü nədədir?
Zehniniz aydınlaşacaq. “Niyə bacarmıram?” deməyəcəksiniz. Aylardır “çox çətindir” deyib təxirə saldığınız layihəni, işləri bu gün asanlıqla həll edə bilərsiniz.
2026-cı ilin, hətta qarşıdakı 5 ilin planını bu gün qurun.
Həyatınızı ağırlaşdıran yükləri atmaq üçün əla fürsətdir.
Bəzi vərdişlərinizdən qurtula bilərsiniz: siqareti tərgitmək və s.
Bir sözlə, bu gün hərəkət günüdür. Qərar verin, planlayın və başlayın – təsiri uzunmüddətli olacaq./Musavat.com





















