“Sabah” Çempionlar Liqasına bu ölkədə HAZIRLAŞACAQ

“Sabah”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Referans Media  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu yay təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.
 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanışı iyulun 3-dək davam edəcək.

Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki