“Sabah” komandası iki yoxlama oyunu keçirəcəkbackend

“Sabah” komandası iki yoxlama oyunu keçirəcək

  “Sabah”ın yay hazırlıq planı bəlli olub.

Referans klubun rəsmi saytına istinadən xəbər verir ki, “bayquşlar” iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.

Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.

Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Tsele” komandasına qarşı keçirəcəyik.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki