AFFA-dan xaricdəki azərbaycanlı futbolçular üçün böyük addım

AFFA xaricdə yaşayan və futbolla məşğul olan azərbaycanlı soydaşlarımızla bağlı genişmiqyaslı məlumatların toplanması prosesinə start verib.

Referans Media  xəbər verir ki, federasiya əsasən Avropa ölkələrində məskunlaşan 2006–2015-ci il təvəllüdlü futbolçular barədə vahid elektron baza formalaşdırmağı hədəfləyir.

Toplanacaq məlumatlar sırasında oyunçuların yaşı, məskunlaşdığı ölkə, şərəfini qoruduğu klub və liqa, habelə daha öncə regional, əyalət və ya müxtəlif yaş qrupları üzrə seçmə komandalara dəvət alıb-almadığı kimi vacib detallar yer alacaq.

Təşəbbüsün əsas məqsədi xaricdə yetişən həmyerlilərimizi vaxtında müəyyənləşdirmək, onların inkişaf dinamikasını nəzarətdə saxlamaq və perspektivli kadrlarla sıx əlaqə qurmaqdır.

Məlumatların toplanması prosesi doğrudan da AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən həyata keçiriləcək./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki