Ural regionunda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiya hüquq-mühafizə orqanları tərəfindən federal axtarışa verilib.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “URA.RU” məlumatlı mənbəyə istinadla xəbər yayıb. Mənbənin sözlərinə görə, ilkin məlumatlara əsasən, Şıxlinski hazırda Moskvada ola bilər.
O, Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən oteldə gizlənə biləcəyi ehtimal olunur. Bildirilir ki, axtarış qərarı onun hüquq-mühafizə orqanları ilə əlaqə saxlamasından sonra verilib.
Qeyri-rəsmi məlumata əsasən, bu gün Şıxlinskinin Yekaterinburqda yerləşən mənzilində axtarış aparılıb. Digər bir mənbə isə onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) ilə şübhəli bilinən oğlu Mutvala Şıxlinski ilə eyni cinayət işi üzrə əlaqəli ola biləcəyini iddia edir.
Mənbənin sözlərinə görə, Mutvalanın əməliyyat zamanı təhlükəsizlik əməkdaşını “Mercedes” markalı avtomobillə vurmasına səbəb olan “geri çəkilmə” əmrini məhz Şahin Şıxlinski verib.