Həbsdən yeni çıxan bloger güllələndi - Foto

21 yaşlı braziliyalı bloqer Evelin Lima Dantas sentyabrın 16-da evinin qarşısında güllələnərək öldürülüb.

Referans Media xəbər verir ki, hadisə sentyabrın 16-da səhər saatlarında baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları yaşayış massivində evin qarşısında güllə yaraları almış Dantasın meyitini aşkar ediblər.

Qızın yaxınlarının polisə verdiyi məlumata görə, iki kişi evə daxil olub, Evelini zorla küçəyə çıxarıb və ona bir neçə dəfə atəş açıblar.

Daha sonra hücum edən şəxslər divara “TCP” abreviaturasını yazaraq avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Bunun Braziliyada fəaliyyət göstərən “Terceiro Comando Puro” (“Saf Üçüncü Komandanlıq”) adlı cinayətkar qruplaşmanın adı olduğu ehtimal edilir.

Polisin məlumatına görə, qətldən əvvəl Dantas özü də istintaq altında olub.

O, iyul ayında yerli polis serjantının öldürülməsi ilə bağlı həbs edilib. Sentyabrın 9-da isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

Hazırda müstəntiqlər bloqerin öldürülməsi ilə onun barəsində aparılmış əvvəlki cinayət işi arasında mümkün əlaqəni araşdırırlar./News24.az/

Həbsdən yeni çıxan bloger güllələndi - Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki