ATV kanalında yeni mövsüm üçün böyük gözləntilərlə yayımlanmağa başlayan “Aşk və Taht” serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.
Referans Media xəbər verir ki, Akın Akınözünün Anadolu Səlcuq hökmdarı Əlaəddin Keyqubadı canlandırdığı serial reytinqlərdə gözlənilən nəticəni əldə edə bilmədiyi üçün 5-ci bölümdə ekran macərasını başa vuracaq. Qərarı jurnalist Birsen Altuntaş açıqlayıb.
Taylan Biraderlərin rejissorluğunu etdiyi, Bozdağ Film imzası daşıyan serialın ilk 5 bölümünün çəkilişləri əvvəlcədən tamamlanıb. Sonrakı bölümlərin davam edib-etməyəcəyi ilə bağlı qərar üçün çəkilişlərə 3 günlük fasilə verilib. Lakin sentyabrın 23-də yayımlanan 3-cü bölümün reytinq nəticələrinin gözlənilən səviyyəyə çatmamasından sonra serialın davam etdirilməməsinə qərar verilib. Birsen Altuntaşın yaydığı məlumata görə, “Aşk və Taht” 5-ci bölümü ilə ekranlara vida edəcək.
Anadolu Səlcuq sultanı Əlaəddin Keyqubadın həyatından bəhs edən serialda baş rolu Akın Akınözü canlandırırdı. Mərjem Siljak və Simay Barlasın da rol aldığı ekran işində sevgi, hakimiyyət və taxt uğrunda mübarizə tarixi atmosfer fonunda təqdim olunurdu.
“Aşk və Taht”ın ilk bölümü sentyabrın 9-da tamaşaçılara təqdim edilib. Serial sentyabrın 23-də üçüncü bölümü ilə ekranlara çıxıb. ATV-nin yayım cədvəlinə əsasən, dördüncü bölümün sentyabrın 30-da yayımlanması planlaşdırılır. Serialın 5-ci bölümlə birlikdə ekran macərasını başa vuracağı gözlənilir.
