"Taşacak bu deniz"in aktrisası boşandı

Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb.

"Taşacak bu deniz" serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar.

Təxminən 10 dəqiqə davam edən məhkəmə iclasında Deniz Baysal və Barış Yurtçu qarşılıqlı razılaşma əsasında boşanıblar.

Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurmuşdu.//Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki