Işın Karacanın GÖRÜNÜŞÜ TAM DƏYİŞDİ: Artıq 36 ölçü geyinir

Türkiyəli müğənni Işın Karaca uzun illər davam edən çəki dəyişiminin ardından 36 ölçüyə qədər arıqladığını açıqlayıb.

Referans Media xəbər verir ki, Kiprdə səhnəyə çıxan sənətçi əvvəlki dövrlərdə üst geyimdə 52, alt geyimdə isə 48 ölçüdən istifadə etdiyini, hazırda isə 36 ölçülü geyimləri rahatlıqla geyindiyini bildirib.

Işın Karaca dəyişimi barədə danışarkən əvvəl geyimlərinin xüsusi olaraq tikildiyini deyib. Müğənninin sözlərinə görə, artıq hazır geyimlərdən rahatlıqla istifadə edə bilir. O, bu dəyişiklikdən məmnun olduğunu bildirib.

Karaca əldə etdiyi nəticənin yalnız arıqlamaqla bağlı olmadığını vurğulayıb. Sənətçi bəzi dövrlərdə həyat yoldaşı Can Yapıcıoğlu ilə birlikdə bir neçə gün daha çox yemək yediklərini, daha sonra isə yenidən nəzarətli qidalanma rejiminə qayıtdıqlarını söyləyib.

Karaca öz yanaşmasını belə ifadə edib: “Məsələ arıqlamaq deyil, sağlam olmaqdır.”

Müğənni qidalanma qaydasının əsasən bir əsas yeməkdən ibarət olduğunu bildirib. Karaca gün ərzində çox acdıqda dişlərini fırçaladığını, əsas yeməkdən əlavə isə ayran, kefir və su qəbul etdiyini deyib.

Sənətçi daha əvvəl də tətbiq etdiyi qidalanma rejiminin hər kəs üçün uyğun olmadığını və bu cür dəyişikliklər zamanı mütəxəssis qiymətləndirməsinin vacib olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki