Bu həftə bəzi bürclər üçün uğurlu təsadüflər, sevindirirci xəbərlər və yeni imkanlarla yadda qala bilər.
Referans Media xəbər verir ki, astroloji proqnozlara əsasən, 24–30 avqust həftəsində planetlərin hərəkəti və 28 avqustda baş verəcək Ay tutulması bəzi bürclər üçün daha əlverişli təsirlər yaradacaq. Bu həftənin ən şanslı bürcləri Qoç, Qız, Oğlaq və Balıq hesab olunur.
Qoç – Karyera və maliyyə sahəsində yeni imkanlar yarana bilər. Gözlənilməz bir xəbər və ya təklif onların planlarını dəyişə bilər.
Qız – Yeni başlanğıclar üçün əlverişli həftədir. İş və şəxsi həyatda müsbət dəyişikliklər gözlənilir.
Oğlaq – Maddi məsələlərdə uğurlu inkişaf mümkündür. Qarşılarına çıxan fürsət gələcək üçün mühüm addıma çevrilə bilər.
Balıq – Həftənin ən diqqətçəkən bürclərindən biridir. 28 avqustdakı Ay tutulması Balıqlar üçün mühüm qərar və dəyişiklikləri gündəmə gətirə bilər.
