Dünya şöhrətli ulduzların bəziləri konsert, məşq və ictimai tədbirlərdə özlərinə bənzəyən insanlardan istifadə etdiyi bildirilir.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, belə dublyorlar əsasən təhlükəsizlik, texniki məşqlər və məşhurların istirahət etməsi üçün istifadə olunur.
Məlumata görə, Beyons böyük şoulardan əvvəl keçirilən texniki məşqlərdə dublyorlardan yararlana bilər. Müğənni istirahət edərkən ona bənzəyən şəxs səhnədə dayanır, operatorlar kameraları, texniki heyət isə işıqlandırmanı həmin şəxs üzərində tənzimləyir.
Eminem isə illərdir oxşarlarından istifadə etməsinin əsas səbəbinin təhlükəsizlik olduğu bildirilir. Belə şəxslər kütləvi tədbirlər zamanı diqqəti yayındırmaq və sənətçinin təhlükəsiz hərəkətini təmin etmək üçün istifadə oluna bilər.
Cennifer Lopezin isə rəqs dublyorlarından istifadə etdiyi deyilir. Müğənni vokal üzərində işləyərkən, geyimlərini sınaqdan keçirərkən və ya istirahət edərkən ona fiziki cəhətdən bənzəyən rəqqas səhnədə məşqləri davam etdirir.
Məşhurların dublyorlardan istifadə etməsi hər zaman tamaşaçını aldatmaq məqsədi daşımır.
