Tiktokda tanış olduğu oğlana qoşulub qaçdı, yaşını böyük göstərib münasibətdə oldu — "Evdə dostları da var idi..."

Gəncə şəhərində 23 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham edilib.

Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Depo qəsəbəsində baş verib.

2023-cü il təvəllüdlü Rəvan həmin qəsəbədə yerləşən bir otaqdan ibarət fərdi yaşayış evində olan taxta çarpayıda 2013-cü il tarixdə anadan olmuş Təhminə (adlar şərtidir – red.) ilə onun özünün könüllü razılığı ilə təbii yolla cinsi əlaqədə olub.

Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Gəncə şəhəri, Depo qəsəbəsində yerləşən fərdi yaşayış evində tək yaşayır:

“Gündəlik qazancımı fəhləlik etməklə təmin edirəm. Zərərçəkmiş Təhminə ilə “TikTok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşam. Mən burada şəkil paylaşmışam, Təhminə isə mənim şəklimə rəy yazıb. Daha sonra Təhminə şəxsi mesajda yazaraq mobil telefon nömrəsini göndərdi. Telefon nömrəsini göndərdikdən sonra biz mütəmadi olaraq telefonla danışmağa başladıq. Danışıqlar zamanı ailəsi tərəfindən döyüldüyünü, ona əziyyət edildiyini, işgəncə verildiyini və mənimlə getmək istədiyini bildirdi. Bundan əlavə, Təhminə mənə adının Süsən olduğunu dedi. Hadisə gününə qədər Təhminə ilə görüşmədim. Sadəcə olaraq “WhatsApp” tətbiqi üzərindən danışıqlarımız oldu”.

Təqsirləndirilən şəxs deyib ki, 2026-cı il yanvarın 2-də, saat 13 radələrində Təhminə ona zəng edib və harada olduğunu soruşub:

“Mən yaşadığım evdə olduğumu dedim. Təhminə mənimlə danışdıqda yanıma, yaşadığım evə gəlmək istədiyini dedi. Mən isə evimə gəlməməsini dedim. Təhminə evlərində xalası ilə dalaşdığını, evdən çıxdığını, bir daha evlərinə qayıtmaq istəmədiyini, buna görə mənim yaşadığım evə gəlmək istədiyini dedi. Mən yenə də ona evimə gəlməməsini dedim. Təhminə artıq evimizin yerləşdiyi küçədə olduğunu dedi, onu küçədə qarşılamağımı xahiş etdi. Buna görə də məcbur olaraq evdən çıxdım və Təhminəni evimizin yanında, küçədə qarşıladım, onu evə gətirdim”.

Rəvanın sözlərinə görə, təxminən 1 saat Təhminə ilə söhbət etdikdən sonra ona evlərinə qayıtmasını təklif edib:

“Buna baxmayaraq, Təhminə artıq evlərinə qayıtmayacağını, mənimlə qalmaq istədiyini dediyi üçün məcbur olaraq birlikdə otaqda oturduq. Bu müddətdə birlikdə telefona baxdıq, söhbət etdik. O, adının Süsən deyil, Təhminə olduğunu dedi”.

Rəvan qeyd edib ki, daha sonra dostu Mübariz onların evinə gəlib:

“Mən əvvəlki günlərdə Mübarizə Təhminə barəsində, eləcə də Təhminəyə Mübariz barəsində danışdığımdan, onların demək olar ki, bir-biri barəsində ümumi məlumatları olub. Mübariz gəldikdən sonra üçümüz birlikdə yemək yedik. Daha sonra bizə Mübarizin Rasim adlı qohumu gəldi. Təxminən saat 21 radələrində yatdıq. Mən Təhminənin razılığı ilə onunla otağa giriş qapısı ilə üzbəüz olan taxta çarpayıda, Mübariz isə bizim yatdığımız çarpayının baş tərəfindəki pəncərəyə yaxın olan çarpayıda yatdı. Biz çarpayıda yatdığımız vaxt Təhminə mənimlə əlaqədə olmaq istədiyini dedi. Bundan sonra biz əlaqədə olduq”.

Rəvanın ifadəsinə görə, ertəsi gün, yəni yanvarın 3-də, saat 07-08 radələrində yuxudan oyanıblar:

“Saat 10 radələrində yemək yeməyə hazırlaşdığımız vaxt Təhminə araq içmək istədiyini dediyi üçün evdə olan 1 şüşə arağı gətirərək stola qoydum. Üçümüz də yemək yeyərkən hərəmiz iki dəfə, yəni iki qədəh araq içdik. Yemək yeyib, araq içdikdən sonra Mübariz işə getdi. Mübariz getdikdən sonra Təhminə darıxdığını dediyi üçün onunla birlikdə evdən çıxdım və İmamzadə istiqamətinə piyada getdik. Evdən çıxdıqdan təxminən 1 saat sonra Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları bizi yolda görərək saxladı və 2-ci Polis Şöbəsinə gətirdi. Bu zaman məlum oldu ki, Təhminənin xalası Günel Təhminənin evdən getməsi barədə polisə məlumat verib. Eləcə də orada bildim ki, Təhminə məni aldadıb, yaşını düzgün deməyib. Onun 17 yaşı deyil, 13 yaşı olub”.

Rəvan qeyd edib ki, polis şöbəsində olduğu vaxt Təhminənin ondan əvvəl də bir neçə nəfərlə cinsi əlaqədə olması ona məlum olub:

“Təhminənin özünün təklifi ilə biz əlaqədə olmuşuq. Biz əlaqədə olmamışdan əvvəl Təhminə 17 yaşının tamam olduğunu bildirmişdi. Yəni onunla cinsi əlaqədə olmazdan əvvəl onun 13 yaşının olmasını bilməmişəm. Təhminənin mənimlə əlaqədə olması üçün ona hər hansı zor tətbiq etməmişəm, hədələməmişəm, öz təklifi və razılığı ilə əlaqədə olmuşam. Bundan əlavə, Təhminə ilə münasibət qurarkən əsas məqsədim ailə qurmaq olub".

İş üzrə zərərçəkmiş Təhminənin sözlərinə görə, Rəvan ilə “TikTok” şəbəkəsi vasitəsilə tanış olub:

“Tanış olduqdan sonra mütəmadi olaraq telefon əlaqəsi saxladıq. Özümü Rəvana Süsən kimi təqdim etdim. Rəvan ilə tanış olmaqda məqsədim ailə həyatı qurmaq olub. Rəvan ilə tanış olarkən ondan yaşını soruşdum. O da 17 yaşı olduğunu dedi”.

Təhminə qeyd edib ki, yanvarın 2-də evdə xalası ilə dalaşdığını bəhanə edib və Rəvanın yaşadığı evə gedib:

“Lakin Rəvan əvvəlcə evə geri qayıtmağımı bildirsə də, mən evə getmədim. Rəvanın evində onun tanışları Mübariz və Rasimlə bir yerdə olmuşuq. Həmin gecə Rəvanın evində öz təklifim və razılığım ilə onunla əlaqədə olduq. Əlaqədə olduqdan sonra spirtli içki olan araq içdik. Ertəsi gün evdə spirtli içki qəbul etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıq. Orada xalamın mənim itkin düşməyimlə bağlı polisə müraciət etdiyini öyrəndim”.

Zərərçəkmiş şəxs bildirib ki, Rəvandan başqa heç kimlə, heç vaxt cinsi əlaqədə olmayıb, bir nəfərlə sadəcə telefonla danışıb. Onun ifadəsinə görə, həmin şəxs onda ciddi adam təəssüratı yaratmadığından onunla telefon danışıqlarını bitirib.

Zərərçəkmiş şəxs eyni zamanda bildirib ki, 2024-cü ilin dekabr ayında xatırlamadığı səbəbdən əsəbləşib, buna görə də özünə xəsarət yetirib:

“Eləcə də 2026-cı il tarixdə heç bir səbəb olmadan əsəbləşərək qoluma sıyrıqlar atmışam. Hər iki dəfə özümə xəsarət yetirən zaman özümə qəsd etmək niyyətim olmayıb. Sadəcə əsəbləşdikdə əsəbimi o formada sakitləşdirmişəm”.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Rəvan 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Demokrat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki