Şəhidlər xiyabanında davranış qaydaları ilə bağlı qanun qəbul edilə bilər – YENİ TƏKLİF

  “Şəhidlər xiyabanı haqqında yeni qanunun qəbul olunması zəruridir”.

Referans.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, qanun Şəhidlərin xatirəsini əbədiləşdirmək, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və təhlükəsizlik tədbirlərini də əhatə edə bilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki