Məşhur müğənni Ajda Pekkanın bacısı Semiramis Pekkan 15 yaşında ailə qurduğu Yeşilçam aktyoru Fikrət Hakanla bağlı illər sonra diqqətçəkən açıqlamalar verib.
Referans Media xəbər verir ki, Gökhan Çınarın təqdim etdiyi “Katarsis” proqramında qonaq olan sənətçi 1963-cü ildə baş tutan və cəmi üç ay davam edən ilk evliliyinin səbəblərindən danışıb.
Pekkan bildirib ki, keçmiş həyat yoldaşı ona fiziki şiddət göstərməsə də, onda zorakılığa meyil hiss edib.
“Deyəsən, Fikrətin döymədiyi yeganə qadın mən idim. Mənə heç vaxt əl qaldırmadı, amma belə bir meyli olduğunu hiss edirdim. Buna görə də üç ay sonra ayrıldıq”, – deyə sənətçi etiraf edib.
Semiramis Pekkan proqramda Ercüment Karacanla 18 il davam edən münasibətinə də toxunub. O, oğlunun vəfatından sonra həyat yoldaşından uzaqlaşdığını, yaşadığı ağır itkinin münasibətlərinə təsir etdiyini bildirib.
