Şəmsi Səmədzadənin YENİ VİDEOSU YAYILDI

İş adamı Şəmsi Səmədzadənin yeni görüntüləri sosial şəbəkələrdə yayılıb.

Referans Media xəbər verir ki, kadrlarda o, açıq ərazidə, istehsalat və təsərrüfat tikililərinin yerləşdiyi məkanda ətrafındakı şəxslərlə söhbət edir və keçmişlə bağlı xatirələrini bölüşür.

Videoda Şəmsi Səmədzadə tanıdığı insanlardan, o cümlədən 30 ilə yaxın müddətdə tanıdığı şəxslərdən və “Süleymanov” kimi xatırladığı tanışından danışır. O, həmçinin Azərbaycanda şərabçılıq sahəsinin tanınmış simalarından birini xatırlayaraq onun artıq dünyasını dəyişdiyini, lakin böyük mütəxəssis olduğunu vurğulayır.

Xatırladaq ki, Şəmsi Səmədzadə daha əvvəl sosial şəbəkələrdə yayılmış qalmaqallı görüntüləri ilə gündəmə gəlmiş, ardınca Özbəkistana köçmüşdü. O, həmçinin Özbəkistanda dələduzluq ittihamı ilə saxlanılmış, sonradan azadlığa buraxılmışdı./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki