Rutube ən çox bu ölkələrdə izlənilir – ABŞ və Almaniya siyahıda

"Gazprom-Media Holding" şirkətinin baş direktoru Aleksandr Jarov Rusiyanın video platforması "Rutube"un xaricdə ən çox izlənildiyi ölkələrin adlarını açıqlayıb.

Referans Media xəbər verir ki, onun sözlərinə görə, platformanın əsas xarici auditoriyası Qazaxıstan, Özbəkistan, Almaniya və ABŞ-da cəmləşib.

Jarov bildirib ki, "Rutube"un xaricdəki istifadəçilərinin ümumi payı 7 faizi keçmir, lakin bu göstərici platforma üçün kifayət qədər yüksək hesab olunur.

"Statistikaya əsasən, Rutube-un ən çox istifadə olunduğu ölkələr Qazaxıstan, Özbəkistan və maraqlıdır ki, Almaniya ilə ABŞ-dır. Xarici istifadəçilərin ümumi payı 7 faizdən çox deyil, lakin bu, kifayət qədər əhəmiyyətli göstəricidir", – deyə o qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda Rutube-un gündəlik auditoriyası 24,5 milyon, aylıq auditoriyası isə təxminən 84 milyon nəfərdir.

Bundan əlavə, istifadəçilər platformada orta hesabla 70 dəqiqədən çox vaxt keçirirlər.

Xəqani Əzizli

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki