Rusiya və BƏƏ arasında turizm əlaqələri genişlənir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında turizm əlaqələri inkişaf etməyə davam edəcək və qarşılıqlı turist axınının artması üçün bütün zəruri şərait mövcuddur.

Referans Media xəbər verir ki, Lavrov bu fikirləri Rusiya ilə BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 55 illiyinə həsr olunmuş arxiv sənədləri və fotoşəkillərdən ibarət sərginin açılış mərasimində səsləndirib.

Nazir qeyd edib ki, BƏƏ hazırda Rusiya vətəndaşları üçün ən populyar xarici istirahət istiqamətlərindən biridir.

Onun sözlərinə görə, ötən il Rusiya vətəndaşları BƏƏ-yə 2 milyondan çox səfər ediblər. Eyni dövrdə isə 70 mindən artıq BƏƏ vətəndaşı Rusiyaya səfər edib.

Lavrov bildirib ki, mövcud göstəricilərin yaxın illərdə daha da artacağına əmindir.

"Əminəm ki, bu rəqəmlər artmaqda davam edəcək. Çünki qarşılıqlı turizm axınının genişlənməsi üçün bütün zəruri şərtlər yaradılıb", – deyə Rusiya XİN başçısı vurğulayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki