UEFA Avropa Liqasının 5-ci turunda "Hapoel Beer-Şeva" üzərində 2:1 hesablı qələbə qazanan "Beşiktaş"ın İstanbula qayıdışı ləngiyib.
Referans Media xəbər verir ki, kulubu Batumdan İstanbula aparmalı olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxa bilməyib.
"Beşiktaş" İsrail təmsilçisi ilə oyunu UEFA-nın neytral meydan qərarına əsasən Gürcüstanın Batumi şəhərində keçirib.
Qara-ağlılar səfərə gedərkən təyyarələrinə ildırım düşməsi ilə gündəmə gəlmişdilər. Komandanın dönüş səfərində də problemlər yaşanıb.
Klubun açıqlamasında bildirilib ki, Batum hava limanında güclü külək səbəbindən təyyarənin uçuşu hələlik mümkün olmayıb.
Məlumata görə, komandanın təyyarəsi Bakı vaxtı ilə saat 13:50-də İstanbula enməli idi. Lakin hava şəraiti səbəbindən uçuş təxirə salınıb.
"Beşiktaş"ın bazar ertəsi axşamı Türkiyə Super Liqasında əzəli rəqibi "Qalatasaray" ilə derbi oyununa çıxacağını nəzərə alsaq, gecikmə komandanın hazırlıq planına da təsir edə bilər.
Futbolçular və məşqçilər korpusu saatlarla hava limanında gözləməli olublar.
Bu müddətdə müdafiəçi Emirhan Topçu sosial şəbəkədə komanda yoldaşı Orkun Kökçünün təyyarədə yatarkən çəkilmiş fotosunu paylaşaraq yaşanan gözləməni əks etdirib.
