İstanbulda məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan şübhəlilərdən üçü həbs edilib.
Referans Media xəbər verir ki, bu barədə oxu.Az "TRT Haber"-ə istinadən məlumat verir.
Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "fahişəlik", "narkotik və ya stimullaşdırıcı maddə qaçaqmalçılığı", "narkotik və ya stimullaşdırıcı maddə ilə təminetmə" və "narkotik istifadə etmək və ya saxlamaq" maddələri üzrə istintaq çərçivəsində işi məhkəməyə göndərilən 13 şübhəlidən Muammer Kapucuoğlu, Cansu Taşkın və Sağar Şojaei həbs ediliblər. Şübhəli Meltem Keklik haqqında yaşayış yerini tərk etməmək qərarı verilib, digər 9 şübhəli haqqında isə ölkə xaricinə çıxış qadağası tətbiq olunub.
Xatırladaq ki, daha əvvəl prokurorluğun göstərişi ilə istintaq çərçivəsində aralarında müğənni Özcan Deniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Deniz Çakırın da olduğu 35 şübhəli şəxs barəsində saxlanılma qərarı verilmişdi. Burcu Özberk və Deniz Çakır, müğənni Özcan Deniz, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel məhkəmə nəzarəti tələbi ilə sərbəst buraxılmış, Ceylan Kaya adlı müğənni isə şübhəli şəxs qismində həbs edilmişdi./NOCOMMENT.az/
