Tramp: İraqın dövlət hakimiyyətini gücləndirmək səylərini dəstəkləyirik

ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydinin ölkə üzrə dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları dəstəklədiyini açıqlayıb.

Referans Media xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, Vaşinqton İraqın öz siyasi qərarlarını müstəqil şəkildə qəbul edən, sabit, vahid və firavan dövlətə çevrilməsini dəstəkləyir.

Tramp paylaşımında qeyd edib:
"İraqın Baş naziri Əli əz-Zeydinin ölkə ərazisində dövlət hakimiyyətini bərqərar etmək, İraq neftinin qanunsuz yolla daşınmasının qarşısını almaq, korrupsiyaya son qoymaq və bütün silahları dövlətin nəzarəti altına almaq istiqamətindəki səylərini dəstəkləyirik."

ABŞ prezidentinin açıqlaması İraqda təhlükəsizlik, dövlət idarəçiliyi və qanunsuz silahlı qrupların fəaliyyəti ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

Xəqani Əzizli

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki